Lənkəranda iki iaşə obyekti çirkab sularını Xəzər dənizinə və küçəyə axıdıb - DİN

Lənkəranda iki iaşə obyekti çirkab sularını Xəzər dənizinə və küçəyə axıdıb - DİN

Ekologiya

11 İyun 2024, 13:05

Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.

 

Suinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilib ki, su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bundan başqa. rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materialları da aşkarlanıb.

 

Faktlarla bağlı araşdırma aparılır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et