Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

11 İyun 2024, 12:55

Naxçıvan şəhərinin Babək məhəlləsindən keçən magistral su xəttində qəza qeydə alınıb.

 

Suinfo.az xəbər verir ki, 355 mm-lik borunun partlaması nəticəsində Babək məhəlləsi, Əlincə məhəlləsi, 6-cı məhəllə və Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

 

Hazırda Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et