Naxçıvan şəhərinin Babək məhəlləsindən keçən magistral su xəttində qəza qeydə alınıb.
Suinfo.az xəbər verir ki, 355 mm-lik borunun partlaması nəticəsində Babək məhəlləsi, Əlincə məhəlləsi, 6-cı məhəllə və Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.
(Azərtac)