Culfanın Bənəniyar kəndinə yeni suvarma su xətti çəkilir

Culfanın Bənəniyar kəndinə yeni suvarma su xətti çəkilir

10 İyun 2024, 17:40

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Bənəniyar kəndinin suvarma su təminatının yaxşılaşdırılması üçün yeni suvarma boru xəttinin çəkilişinə başlanılıb.

 

Suinfo.az xəbər verir ki, idarə əməkdaşları tərəfindən diametri 355 millimetr olan plastik borularla 4000 metr uzunluğunda boru xəttin çəkilişi aparılır.

 

Su Bənəniyar gölündən nasos vasitəsilə vurularaq kəndin suvarma suyuna tələbatını təmin edəcək.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et