Sel suları Zaqatalada fəsadlara səbəb olub

Sel suları Zaqatalada fəsadlara səbəb olub

Ekologiya

8 İyun 2024, 12:15

Sel suları Zaqatalanın Yuxarı Tala kəndində təsərrüfatlara ziyan vurub.

 

Suinfo.az xəbər verir ki, dünən axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra kənd ərazisindən keçən çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub.

 

Sel suları kənd sakini Mövləddin Qurbanəliyevə məxsus 20-dən artıq arı ailəsini aparıb, arıçılıq məhsullarını məhv edib.

 

Nəticədə arıçıya 20 min manata yaxın ziyan dəyib.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et