Naxçıvanda meliorasiya sahəsində nəzərdə tutulan 6 layihənin icrası üçün müqavilələr imzalandı

Naxçıvanda meliorasiya sahəsində nəzərdə tutulan 6 layihənin icrası üçün müqavilələr imzalandı

5 İyun 2024, 13:01

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bir sıra işlər görülüb. Tədbirlər planında qeyd olunan layihələrin 6-sının tender müsabiqəsi uğurla yekunlaşaraq, təchizatçı şirkətlərlə müqavilə imzalanıb. Onlardan 5-i layihə-smeta sənədlərinin hazırlanması, digəri isə texnika parkının yenilənməsi olub və bunlarla bağlı müvafiq işlər görülüb.

 

Suinfo.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifələrinin müvəqqəti icraçısı, sədr müavini Malik Rzayev deyib.

 

O bildirib ki, Dövlət proqramına salınan layihələrin cari ilin sonuna qədər icra olunması prioritet istiqamət kimi hədəflənib. Bu layihələrin gerçəkləşməsi muxtar respublikada su təminatının yüksəldilməsinə, su itkisinin qarşısının alınmasına, meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılmasına və içməli su təchizatı sistemləri üzrə coğrafi informasiya sisteminin qurulmasına öz töhfəsini verəcək.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et