Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlanılacaq

Xəzər dənizində orta əsrlərə aid gəmilərin axtarışına başlanılacaq

30 May 2024, 09:45

Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Müdafiə Nazirliyinin Naviqasiya və Okeanoqrafiya İdarəsi, Rus Coğrafiya Cəmiyyəti və “Dəniz insanları” fondunun “Xəzərin dəniz tarixi-mədəni irsi” adlı birgə ekspedisiyasının ikinci mərhələsi Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında başlayıb”, – hərbi qurum qeyd edib.

 

Bildirilib ki, ekspedisiya zamanı daha əvvəl müəyyən edilmiş orta əsrlərə aid lövbərin tədqiqi nəzərdə tutulub. İki həftə ərzində ekspedisiya üzvləri Dərbənd limanının akvatoriyasında dəniz dibinin bir sıra ərazilərində hidroqrafik kəşfiyyat işləri aparacaqlar.

Ehtimal edilir ki, axtarış zonasında I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər və orta əsrlərə aid su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturu ola bilər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et

Ən çox oxunanlar