Mayın 29-da Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Xidmətinin əməkdaşları tərəfindən Uzunoba su anbarının yuxarı hissəsində təmizlik və dərmanlama işləri aparılıb.
Suinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Saleh Həsənov söyləyib.
O deyib: “Vətəndaşların istirahət üçün üz tutduqları məkanlardan biri də məhz həmin ərazilərdir. Orada xoş görünüş yaratmayan qamışlıq sahələri mövcud idi, həmçinin qamışlıqda yaranan ziyanverici həşəratlar vətəndaşların istirahətinə mane olurdu. Xoşagəlməz halların aradan qaldırılması məqsədilə 12 hektarlıq ərazi tullantılardan, alaq otlarından və qamışlıqdan təmizlənib. Ərazidə zərərverici həşəratların və sürfələrinin məhv olması üçün kimyəvi preparatlarla dərmanlama işləri aparılıb. Bu tədbirlər il ərzində davam etdiriləcək”.
(Azərtac)