Hidrometrologya xidmətindən XƏBƏRDARLIQ - Çay sahillərindən UZAQ DURUN

Hidrometrologya xidmətindən XƏBƏRDARLIQ - Çay sahillərindən UZAQ DURUN

26 May 2024, 19:57

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb, hazırda da Debed çayında sel davam edir.

 

Suinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 sm artıb və hazırda da səviyyənin artımı davam edir.

 

Asif Verdiyev Avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib:

 

"Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir.

 

Yaranmş vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur".

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et