Qazaxda çay daşdı - kafe su altında qaldı - YENİLƏNİB

Qazaxda çay daşdı - kafe su altında qaldı - YENİLƏNİB

26 May 2024, 15:09

Son günlər yağış yağışlardan sonra Qazaxa çay daşıb kəndin ərazisi sel suları basıb.

 

Suinfo.az xəbər verir ki, Xram çayının daşması nəticəsində rayonun İknci Şıxlı kəndində bir neçə kafe , torpaq sahələri suyun alıtnda qalıb.

 

Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarında ərazisini su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.

 

Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

***

15:09

Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.

 

Suinfo.az xəbər verir ki, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb. Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.

 

Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.

 

Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

 

Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et