İmişlidə iki kanal beton üzlüyə alındı

İmişlidə iki kanal beton üzlüyə alındı

24 May 2024, 20:13

İmişli rayonunda iki kanal beton üzlüyə alınıb.

 

Suinfo.az xəbər verir ki, bunlar Qızılarx və Boztəpə kanallarıdır.

 

Qızılarx kanalı 11 800 hektar ərazini - 19 kəndi, Boztəpə kanalı isə 8 800 hektar ərazini - 6 kəndi suvarma suyu ilə təmin edir.

 

Qeyd edək ki, İmişli rayonunda əkin sahələri 1 177 km uzunluğunda suvarma kanalları vasitəsi ilə su ilə təmin olunur. Bunlar əsasən Boztəpə, Qızıl arx, Köhnə Rəsul arx, Cənubi Muğan, Rəsul arx kanallarıdır.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et