Saat 07:30 radələrində Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.
Suinfo.az xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində şəhəri Ə.Qəmküsar küçəsində suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.