Ağstafaçay su anbarında 84 milyon kubmetr su toplanıb.
Bunu Suinfo.az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayev söyləyib.
"Bu il su anbarına toplanan suyun miqdarı ötən illə müqayisədə 43 milyon kubmetr çoxdur. Ağstafaçay su anbarı vasitəsi ilə Qazax, Ağstafa və Tovuz rayonlarının əkin sahələri su ilə təmin edilir. Ümumilikdə 84 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir", - deyə o bildirib.