Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Ekologiya

7 May 2024, 14:41

Ölkədə havanın kəskin dəyişməsi nəticəsində dünən axşamdan Sumqayıt şəhərində güclü küləklə müşahidə olunan intensiv yağış hələ də davam edir.

 

Suinfo.az xəbər verir ki, əsən güclü külək şəhərin 16-cı mikrorayon və Corat qəsəbəsində işıq dirəklərini aşırıb, zədələnən kabellər əraziyə düşüb. “Yaşıldərə” yaşayış massivində yağışın törətdiyi fəsadlar nəticəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb.

 

Sumqayıtın kommunal təsərrüfatı xidməti əməkdaşları və digər xidmət sahələri işçilərinin operativ müdaxiləsindən sonra bir sıra problemlər aradan qaldırılıb, vəziyyət nəzarətdə saxlanılır.

 

Sakinlər içməli su, elektrik enerjisi, təbii qazın verilişi ilə fasiləsiz təmin edilirlər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et