Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

6 May 2024, 17:34

“Təmiz hövzələr” aksiyası çərçivəsində apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən apreldə Xəzər dənizinin Xaçmaz, Siyəzən, Lənkəran, Astara rayonları, eyni zamanda, Bakı şəhərinin Sabunçu, Pirallahı və Xəzər rayonları akvatoriyasından, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21 min 810 metr uzunluğunda 375 sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

 

“Təmiz hövzələr” aksiyası çərçivəsində tədbirlər davam etdirilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et