Ceyranbatan suyunu göldən götürərək 3000 mikronluq, yəni 3 millemtrin üstündə olan əsas hissəcikləri ilkin mərhələdə saxlayırıq.
Suinfo.az xəbər verir ki, bunu Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramov söyləyib.
"Onlar tutulandan sonra Xam su anbarına su daxil olur. Həmin Xam su anbarından götürülən su 0,2 millimetr, yəni 200 mikron həddində olan süzgəclərdən keçir. Oradan keçən su ultrasüzgəc modullarına daxil olur, 30 nanoya, yəni 10 üstü mənfi 9-a qədər həll olmayan hissəciklər, bakteriya və viruslar təmizlənərək, təmiz su anbarına ötürülür. Ceyranbatan su anbarının istehsal gücü 1 milyondan yuxarı istehsalımız olur", - rəsi müavini bildirib.