Mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
Suinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
Məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 m/s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 01-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.