Mingeçevir su anbarında ötən illə müqayisədə 2,6 milyard kubmetr artıq su toplanıb.
Suinfo.az xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayev söyləyib.
O bildirib ki, Mingeçevir su anbarından Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalı su götürür və bunların hər biri 11 rayonunun əkin sahələrini təmin edir.
"Mingeçevir su anbarından aşağı hissədə Kür çayından nasos stansiyalar vasitəsilə əkin sahələrinin suvarılması üçün su götürülür. Kür çayında su səviyyəsinin yüksək olmasına görə də bu sahədə çətinlik gözlənilmir", - deyə Sarvan Ağayev əlavə edib.