Xəzər dənizinin Azərbaycan hissəsində süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqı ödəniləcək.
Suinfo.az xəbər verir ki, bu, parlamentdə yeni daxil olan “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Qanun layihəsinin tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.