Bəzi çaylarda daşqın olacaq

Bəzi çaylarda daşqın olacaq

Ekologiya

11 Aprel 2024, 14:56

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Suinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat verib.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et