Naxçıvan şəhərinin Əliabad qəsəbəsindən başlayaraq “Duzdağ” otel, “N” saylı hərbi hissə və Dövlət Yol Polisi İdarəsinin inzibati binaları istiqamətində mövcud olan və istismar müddətini keçmiş su borularının yenilənməsi həyata keçirilir.
Suinfo.az xəbər verir ki, görülən işlər çərçivəsində həmin əraziləri əhatə edən 2700 metr məsafədə yeni içməli su xəttinin çəkilişi uğurla aparılır.
Bundan əlavə, su ehtiyatının daha da artırılması məqsədilə idarə tərəfindən “Didivar kaptajı” ərazisində 3 ədəd artezian quyusu qazılıb və qısa müddətdə istismara verilməsi nəzərdə tutulur.