Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi barədə məlumat daxil olub.
Suinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş 1964-cü il təvəllüdlü Hacıyev Rahil Zöhrab oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.