Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının COP 28 çərçivəsində fəaliyyət göstərən pavilyonunu ziyarət edib.
Bu barədə "Suinfo.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Ziyarət zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Fatma Varank ilə görüşüb.
Görüşdə iqlim dəyişmələri sahəsində ölkələrimiz üçün əhəmiyyətli olan birgə əməkdaşlıq məsələləri müzakirə olunub.