Neftçalada əkin sahələrində subasma halları ilə bağlı dəyən zərər qiymətləndirilir

Neftçalada əkin sahələrində subasma halları ilə bağlı dəyən zərər qiymətləndirilir

Ekologiya

27 Mart 2024, 13:20

İntensiv yağan yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib.

 

Suinfo.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb.

 

Məlumata görə, subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib.

 

Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzi”nə məlumat verməsindən sonra fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam olunub. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır.

 

İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.

 

Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta ödənişləri edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et