Gəncədə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.
Suinfo.az xəbər verir ki, ötən gecə yağan güclü yağışdan sonra gələn sel suları şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yuyub və barı tamamilə uçub.
İlkin məlumata görə, barının altında 6 baş xırda buynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib. Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb. Həmçinin sel suları sözü gedən küçədə asfalt örtüyünü sıradan çıxardıb.
(APA)