Arktika dəniz buzu 2 ilə tamamilə əriyə bilər - Alimlər

Arktika dəniz buzu 2 ilə tamamilə əriyə bilər - Alimlər

Ekologiya

6 Mart 2024, 16:16

Amerika Birləşmiş Ştatlarının Boulder şəhərində yerləşən Kolorado Universitetinin alimləri yaxın iki ildə Arktikada yay günlərinin əmələ gələ biləcəyini, dənizin praktik olaraq buzdan azad olacağını iddia ediblər. Bu halda qütb regionunun rəngi ağdan maviyə dəyişəcək.

 

Suinfo.az xəbər verir ki, tədqiqat “Nature Reviews Earth & Environment” (NREE) elmi jurnalında dərc edilib.

 

Ekspertlərin nəticələri bunu deməyə əsas verir ki, Arktikada buzsuz ilk gün əvvəlki proqnozlardan 10 ildən də tez yarana bilər. Buzsuz mövsüm tamamilə buzun yoxluğu anlamını vermir. Bu halda Arktika regionunda buzun azı 1 milyon kvadratkilometr ərazini tutması başa düşülür.

 

Yüzilliyin ortalarında Arktika ehtimal ki, bir ayı üzən buz olmadan keçirəcək. Yəqin ki, bu ay sentyabr olacaq.

 

Yüzilliyin sonunda buzsuz mövsüm istixana tullantılarının gələcək vəziyyətindən asılı olaraq ildə bir neçə ay uzana bilər. Əgər istiləşmə prosesi sürətli və orta templərlə gedərsə, o halda Arktika dənizləri hətta qışda belə daha donmayacaq.

 

Dəniz buzunun azalması mövcudluğu dəniz buzundan asılı olan Arktika heyvanlarına, o cümlədən suiti və ağ ayılara əhəmiyyətli təsir göstərir. Bundan başqa, okean isindikcə, tədqiqatçılar Şimal Buzlu okeanında yabançı balıqların məskunlaşa bilməsindən narahatdırlar. Bu invaziv növlərin yerli ekosistemə təsiri naməlum olaraq qalmaqdadır.

 

Alimlər qeyd ediblər ki, Arktika dəniz buzu möhkəm qalır və atmosfer soyuyandan sonra sürətlə geri qayıdır.

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et