Qarabağın su ehtiyatları azalıb

Qarabağın su ehtiyatları azalıb

1 Mart 2024, 11:45

Qarabağda 1990 -cı ilə qədər 2,13 kub kilometr olan su ehtiyatlarımız hazırda 1,87 kub kilometr olub.

 

Suinfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri Rza Mahmudov söyləyib.

 

"Qarabağ ərazisinin su ehtiyatlarını tədqiq etdikdə müasir iqlim dəyişmələrinin təsirini müşahidə edirik. Orada 1990-cı ilə qədər 2,13 kub kilometr olan su ehtiyatlarımız hazırda 1,87 kub kilometr olub. Bu da 10-15 faiz azalma deməkdir. Lakin bütün bunlara baxmayaraq Qarabağ ərazisinin su ehtiyatları ölkəmizin su ilə təminatında öz müsbət rolunu göstərəcək",-deyə o bildirib. 

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et