Tərk edilmiş boru kəmərləri Şimal dənizini zəhərləyə bilər

Tərk edilmiş boru kəmərləri Şimal dənizini zəhərləyə bilər

29 Fevral 2024, 15:11

Şimal dənizində istifadəyə yararsız, çürümüş neft və qaz kəmərləri onu zəhərləyərək suya böyük həcmdə civə, radioaktiv qurğuşun və polonium-210 buraxa bilər.

 

Suinfo.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

 

Nəşr bildirir ki, çox zəhərli element olan civə təbii olaraq qaz və neftin tərkibində olur və boru kəmərlərinin divarlarında qalır, zaman keçdikcə toplanır və borular korroziyaya məruz qaldıqda dənizə axır.

 

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, dənizdə civə səviyyəsinin kiçik bir artımı belə qida zəncirinin yuxarı hissəsində olan heyvanlara böyük təsir göstərəcək.

 

Qeyd edək ki, Şimal dənizində təxminən 27 min kilometr qaz kəməri var.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et