Suqovuşan su anbarı və ondan çıxan 5.2 kilometrlik magistral kanal artıq istifadəyə verilib. Ağdam rayonu ərazisində yerləşən, bu yaxınlarda da açılışı olan Xaçınçay su anbarının 7 kilometrlik magistral kanalı ilə birlikdə açılışı olub.
Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin mütəxəssisi Əliağa Əzizov söyləyib.
O bildirib ki, bu su anbarı həmin kanal ilə 7 min hektarlıq ərazini su ilə təmin edəcək.
"Xaçınçay su anbarının və Bərgüşadçay su anbarının iqtisadi əsaslandırılması davam edir. Bu ərazilərdə tikintisi davam edən Zabuxçay su anbarı da var. Bu anbar əsasən Həkəriçay çayının sağ və sol sahilləri ərazisində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edəcək",-deyə Əliağa Əzizov əlavə edib.