Tədqiqatlar göstərir ki, ölkəmizdə çay sularının illik axını 15-20 faiz azalıb. Bu, yaxın illərdə də davam edəcək.
Suinfo.az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri Rza Mahmudov söyləyib.
O bildirib ki, ölkəmizdə quraq ərazilərin genişləməsinin səbəbi yağıntıların azalması ilə bağlıdır.
"Qarabağ ərazisində aparılan tədqiqatlar xüsusən yeni işlənmiş kompleks su balans metodu ilə müşahidə aparılan yerlərdə su ehtiyyatlarının qiymətləndirilməsinə nail olmuşuq. Bu, da su ehtiyatlarının 15,2 faiz azalması deməkdir. Sözügedən proses digər bölgələrimizdə də müşahidə olunur. İllik axının belə azalması suyun gələcəkdə daha optimal istifadə məsələlərini ortaya qoyur. Yəni Azərbaycanda da quraq olan ərazilərin genişlənməsi ölkəyə düşən yağıntıların azalması ilə bağlıdır",- deyə Rza Mahmudov əlavə edib.
Akif