İqlim dəyişmələri tufanlar və daşqınlar yaradır

İqlim dəyişmələri tufanlar və daşqınlar yaradır

Ekologiya

22 Fevral 2024, 13:05

Son 200 il ərzində, yəni iqlim parametrlərinin ölçülməyə başlaması, sənayeləşmə dövründən indiyə qədər qlobal orta temperaturun dəyişməsi baş verir.


Suinfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru İslam Mustafayev deyib.
O bildirib ki, indiyədək orta iqlim temperaturu təxminən 1-2 dərəcəyə qədər artıb.


"Bu da nəticədə insanlar üçün çox əlverişsiz şərait yaradır. İqlim dəyişmələri quraqlıq, tufanlar, sellər, daşqınlar, torpaq sürüşmələri və digər fövqəladə hallar yaradır. İnsanlar özləri üçün ərzaq yetişdirməkdə, səhiyyədə problemlərlə qarşılaşır. Bundan sonra iqlim dəyişikliklərinin yumşaldılması üçün tədbirlər görülməsə, əsrin sonuna qədər 4 dərəcəyə qədər və daha çox temperaturun artması müşahidə oluna bilər",- deyə İslam Mustafayev əlavə edib.

Akif
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et