Ermənilər Qarabağda ekoloji fəlakətə səbəb olub

Ermənilər Qarabağda ekoloji fəlakətə səbəb olub

Ekologiya

21 Fevral 2024, 14:34

İşğal illərində Qarabağda olan infrastruktur düşmən vandallığı ilə dağıdılıb, ən çox da ekologiyaya ziyan vurulub.


Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfrasda çıxışı zamanı deyib.


“Qarabağ zəngin yeraltı su ehtiyatlarına malik bölgəmizdir. Su anbarlarının, demək olar, hamısı qəzalı vəziyyətdə idi. Düşmən su anbarlarına, bulaqlara ziyan vurub, nəticədə bölgədə ekoloji fəlakətə səbəb olublar”,- deyə B.Hacıyev əlavə edib.
 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et