İşğaldan azad edilən ərazilərdə su ehtiyatlarının bərpası ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə olan obyektlərin müdriyyətinin direktor müavini Fuad Abışev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfrasda çıxışı zamanı deyib.
“Ümumilikdə, azad edilən ərazilərdə 218 km su xətti çəkilib. 2024-cü ildə Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərində layihələrin icrasına başlanılacaq. Həkəriçay, Bərgüşadçay su anbarlarının layihə smeta sənədləri hazırlanacaq. Növbəti mərhələdə bu layihələrin icrasına başlanılacaq”,- deyə o bildirib.
Akif