Balıqların kütləvi məhv olmasının səbəbi açıqlandı

Balıqların kütləvi məhv olmasının səbəbi açıqlandı

Ekologiya

16 Oktyabr 2025, 14:09

“Bu il havaların kəskin quraq keçməsi, yağıntı miqdarının aşağı olması səbəbindən sututarlarında, anbarlarda kifayət qədər su toplanılmayıb. Bənəniyar Su Anbarına cəmi 1 milyon 330 min kubmetr su daxil olub, 5 milyon 920 min kubmetr çıxış olub. Buna görə suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb”.

Suinfo.az xəbər verir ki, bu sözləri Culfa Su Meliorasiya Sistemləri İstismarı şöbəsinin müdiri Yaqub Məmmədov deyib.

O qeyd edib ki, anbarın ümumi həcmi 160 hektardır, ərazidə ayrı-ayrı adacıqlar var. “Suyun səviyyəsinin aşağı düşməsi nəticəsində adadıcıqlarla gölün əsas hissəsi arasında əlaqə itdiyindən bəzi balıqlar oksigen çatışmazlığından tələf olub. Digərlərini xilas etmək üçün hazırda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ADSEA-nın tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları ərazidədir və bu işlə məşğuldurlar. Onlar daşınaraq gölün əsas hissəsinə ötürülür.

İlkin qənaətimizə görə balıqların tələfinə əsas səbəb oksigen çatışmazlıqlardır. Aidiyyəti qurum tərəfindən nümunələr götürülərək laboratoriyada analiz aparılaraq, bundan sonra tam dəqiq nəticə bəlli olacaq”, - deyə Yaqub Məmmədov əlavə edib.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et