Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır

Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır

Ekologiya

21 Fevral 2024, 12:06

Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır.


Suinfo.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib.


"Su diplomatiyası mövzusu hər il daha böyük əhəmiyyət kəsb edir. Çünki su çatışmazlığı təkcə ayrı-ayrı şəxslər deyil, millətlər və ölkələr tərəfindən də hiss olunur. Bilirəm ki, Azərbaycan aşağı axın ölkəsi kimi bu problemlərlə üzləşir


Almaniya da su və su resurslarının idarə olunmasını mühüm mövzu hesab edir. Ötən il Cənubi Qafqazın su resursları üzrə üç ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstandan doqquz ekspert bizim bu problemin həllinə necə yanaşdığımızı öyrənmək üçün Almaniyaya səfər ediblər.


Bu səbəbdən hesab edirik ki, yalnız birlikdə çalışsaq, bu problemi həll etmək və aradan qaldırmaq olar. Bu problemlərin həllində çox fəal olan Azərbaycanın rolunu qeyd etmək lazımdır", - Şvartz qeyd edib.

Akif

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et