Almaniya Azərbaycanı su resurslarının idarə olunması üzrə sessiyalarda iştiraka dəvət edib

Almaniya Azərbaycanı su resurslarının idarə olunması üzrə sessiyalarda iştiraka dəvət edib

Ekologiya

21 Fevral 2024, 12:02

Almaniya Azərbaycanı su resurslarının və su diplomatiyasının idarə olunması üzrə sessiyalarda iştirak etməyə dəvət edib.


Suinfo.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib.


"Bu il Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş su resurslarının və su diplomatiyasının idarə olunması üzrə sessiyalarda və kurslarda iştirak üçün müxtəlif ölkələrdən, o cümlədən, Azərbaycandan ekspertlər dəvət etməkdən məmnunuq", - deyə o qeyd edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et