Azad edilmiş üç şəhər və iki qəsəbədə avtomat meteoroloji stansiyalar quraşdırılıb

Azad edilmiş üç şəhər və iki qəsəbədə avtomat meteoroloji stansiyalar quraşdırılıb

Ekologiya

21 Fevral 2024, 11:46

Oxçuçayda aparılan monitorinq nəticəsində məlum olub ki, çay Ermənistan tərəfindən mütəmadi çirkləndirilib. Götürülən nümunələrdə yüksək miqdarda ağır metallarla çirklənmə qeydə alınıb.


Suinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov "Qarabağ bölgəsində su kanalizasiya infrastrukturunun yenidən qurulması" ilə bağlı keçirilən çıxışı zamanı bildirib.


o bildirib ki, Oxçuçayın ekoloji çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilib.


“İşğalaqədərki dövrdə Qarabağda 17 hidroloji, 9 meteoroloji stansiya fəaliyyət göstərirdi. İşğaldan azad edildikdən sonra biz o ərazilərə səfər edərkən gördük ki, bütün stansiyalar, məntəqələr məhv edilib, dağıdılıb. 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya qurulub. Transsərhəd çaylar üzərində keyfiyyət sensorları da quraşdırılıb. Bundan başqa, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb”, - deyə rəis müavini əlavə edib.

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et