İşğal dövründə 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb

İşğal dövründə 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb

21 Fevral 2024, 11:20

Azərbaycan ərazilərinin işğal altında olduğu 30 il ərzində 9 su anbarı və 1 200 km suvarma kanalı dağıdılıb.


Suinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Çingiz Abdullayev bildirib.


Çingiz Abdullayev bildirib ki, həmin ərazilərdə həmçinin 7 sututar olub.


"İşğal dövründə Ermənistan Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurub, su hövzələrini çirkləndirib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edib. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymamışdı. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür. Belə ki, 2023-cü ildə Laçın şəhərində yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlılığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb", - deyə Agentlik rəsmisi əlavə edib.

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et