Ölkəmizdə su itkisinin qarşısının alınması üçün nələr edilir?

Ölkəmizdə su itkisinin qarşısının alınması üçün nələr edilir?

Ekologiya

21 Fevral 2024, 10:53

Su itkisinin qarşısını almaq üçün, ümumi su infrastrukturunun müasirləşdirilməsi işləri davam həyata keçirilir, eyni zamanda instusional, struktur və investisiyaların idarə edilməsi ilə bağlı işlər görülür, yeni su anbarları tikilir, mövcud su anbarlarının təmir-bərpa işləri aparılır.


Suinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Agentliyinin nümayəndəsi Səməd Rzazadə söyləyib.


"Əfsuslar olsun ki, Azərbaycan aşağı axın ölkəsidir. Respublikamız su ehtiyyatlarına görə məhdud ölkələr sırasındadır. İstifadə etdiyimiz suyun təxminən 70 faizi bizə transsərhəd çaylar vasitəsi ilə gəlir. Belə olduqda təbii ki, müəyyən sıxıntılar yaşanır. Belə gedərsə, gələcəkdə su ilə bağlı ciddi problemlərlə üzləşə bilərik. Buna görə də agentlik olaraq su itkisinin qarşısını almaq üçün, ümumi su infrastrukturunun müasirləşdirilməsi işləri aparılır, eyni zamanda instusional, struktur və investisiyaların idarə edilməsi ilə bağlı işlər görülür, yeni su anbarları tikilir, mövcud su anbarlarının təmir-bərpa işləri aparılır. Yəni gələcəkdə etibarlı su təchizatına nail olunması ilə bağlı ciddi işlər aparılır",- deyə o bildirib.

Akif
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et