Çaylarda suyun səviyyəsi ARTIB

Çaylarda suyun səviyyəsi ARTIB

Ekologiya

25 İyun 2025, 09:07

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Suinfo.az-a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25 sm, Həkəriçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 sm artıb, su sərfi 214 m3/san olmaqla normanın 129%-ni təşkil edir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et