Tullantı sularının qanunsuz axıdılmasına görə iki sahibkar cərimələndi

Tullantı sularının qanunsuz axıdılmasına görə iki sahibkar cərimələndi

Ekologiya

24 İyun 2025, 10:04

Qazax rayonunda iki sahibkar tullantı sularının qanunsuz axıdılması səbəbilə cəzalandırılıb.

Suinfo.az xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə məişət mağazasında və daş karxanasında tullantı sularını təyinatdan kənar axıdıldığı müəyyən olunub.

Həmin obyekt sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et