Naxçıvanda Heydər Əliyev su anbarının ətrafı təmizlənib - FOTO

Naxçıvanda Heydər Əliyev su anbarının ətrafı təmizlənib - FOTO

Ekologiya

28 May 2025, 15:34

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə növbəti təmizlik aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Suinfo.az-a bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev su anbarının ətrafında təşkil edilən aksiyada könüllülər fəal iştirak edərək ərazini tullantılardan təmizləyib, səliqə-sahman yaradıb və ətraf mühitin qorunmasına olan həssaslıqlarını nümayiş etdiriblər.

Aksiya zamanı gənclər həm təmizlik işləri görüb, həm də təbiətin qoynunda istirahət ediblər. Bununla da cəmiyyətə təbiəti qorumaqla keyfiyyətli istirahətin mümkün olduğu mesajını veriblər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et