Oxçuçayda suyun səviyyəsi 12 sm ARTIB

Oxçuçayda suyun səviyyəsi 12 sm ARTIB

Ekologiya

21 May 2025, 09:36

Bəzi çaylarda sululuq artıb.

 

Bu barədə Suinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 11 sm, Qudiyalçayda 5 sm, Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçayda isə 12 sm artım qeydə alınıb.

 

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 401 m3/san olmaqla normanın 198%-ni təşkil edir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et