Suvarma kanalı daşdı - Evləri su basdı

Suvarma kanalı daşdı - Evləri su basdı

Ekologiya

11 Aprel 2025, 17:03

Goranboy rayonunda suvarma kanalı daşıb, evlərə və həyətyanı sahələri su basıb.

Suinfo.az-ın məlumatına görə, hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.

İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub. Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb olunub.

Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et