Azərbaycan şirin su ehtiyyatlarına görə Cənubi Qafqazın ən kasıb ölkəsidir.
Suinfo.az xəbər verir ki, ölkəmizin su ehtiyyatları bütöv regionun 15 faizini təşkil edir.
Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.
Əlavə etmək lazımdır ki, Azərbaycan digər region ölkələrinə nisbətən daha az su ehtiyyatına malik olsa da, adambaşına düşən suyun həcminə əsasən digər ölkələrdən irəlidədir.
Akif