60 dərəcə şimal və 60 dərəcə cənub arasındakı okeanlarda (iki qütb bölgəsi arasındakı dənizlər) dünya üzrə orta dəniz səthinin temperaturu 20,97 dərəcədir. Bu, 2023-cü ilin avqustunda qeydə alınmış 20,98 dərəcə Selsi üzrə ən yüksək orta göstərici ilə bərabər, təəccüblü göstəricidir.
Suinfo.az xəbər verir ki, bu barədə "Euronews" nəşri məlumat verib.
Məlumata görə, qlobal temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,7 dərəcə Selsi yuxarı olub və tarixdə ən isti yanvar ayının yaşanıb.
"Biz həmçinin rekord səviyyəyə çatan ən isti 12 ayı yaşadıq, orta temperatur ilk dəfə sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi yüksəldi",- nəşr əlavə edib.
Qeyd olunur ki, dəniz səthinin bu cür temperaturu 2024-cü ilin yayını üçün yaxşı heç nə vəd etmir və mərcan kimi bəzi mühüm ekosistemlərin isti su dövrlərinin daimi təzyiqinə nə dərəcədə müqavimət göstərə biləcəyi ilə bağlı suallar yaradır.