BMT-dən XƏBƏRDARLIQ: 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər

BMT-dən XƏBƏRDARLIQ: 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər

Ekologiya

26 Sentyabr 2024, 09:19

Son on ildə qlobal dəniz səviyyəsi artıq 10 santimetrdən çox qalxıb. İqlim böhranı nəticəsində 2100-cü ilə qədər 410 milyondan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşə bilər.

Suinfo.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasıın (UNGA) ekzistensial təhdidləri aradan qaldırmaq üçün sentyabrın 25-də dəniz səviyyəsinin qalxması ilə bağlı yüksəksəviyyəli iclasında qeyd edilib.

İclasda BMT-nin dəniz səviyyəsinin qalxmasının cari və gələcək təsirləri haqqında “İstiləşən dünyada dalğalanan dənizlər” adlı yeni hesabatı təqdim edilib.

Hesabata əsasən, XX əsrin əvvəlindən bəri qlobal orta dəniz səviyyəsi ən azı son 3000 ildə hər hansı əvvəlki əsrdən daha sürətlə qalxıb və bu tendensiya davam edir:

“Evlər, dolanışıq vasitələri və nəhayət insan həyatı dəniz səviyyəsinin qalxması təhlükəsi altındadır. İqlim böhranı dəniz səviyyəsinin daha da yüksəlməsinə səbəb olduğu üçün 2100-cü ilə qədər 410 milyona qədər insan sahil daşqınları riski ilə üzləşə bilər”.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et