Aralıq dənizi getdikcə isinir və çirklənir.
Suinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Məlumata görə, Aralıq dənizinin tərkibində plastik və civənin konsentrasiyası artır.
Tədqiqatçılar müəyyən ediblər ki, Aralıq dənizində suyun üst qatı qlobal istiləşmə nəticəsində hər il təxminən 0,13 dərəcə istiləşir. Bu, Ümumdünya İqlim Təşkilatının proqnozlaşdırdığından iki dəfə çoxdur.
Alimlər Aralıq dənizinin daha sürətli qızma sürətini okeanlarla müqayisədə nisbətən kiçik su hövzəsi olması ilə izah edirlər. Bundan əlavə, Aralıq dənizinin İsraillə həmsərhəd olan cənub-şərq hissəsi Atlantik okeanından gələn suyun İsrail sahillərinə çatana qədər isindiyi üçün daha isti və duzlu olduğu bildirilir.