Buzlaqların sahəsi 16% azalıb

Buzlaqların sahəsi 16% azalıb

Ekologiya

17 Sentyabr 2024, 12:53

Mərkəzi Asiya regionu ən zəngin təbii ehtiyatlara, o cümlədən hidroresurslara, bütün növ metallara və böyük “yaşıl enerji” potensialına malikdir.

Suinfo.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Sadır Japarov Astanada keçirilən Mərkəzi Asiya - Almaniya sammitində deyib.

“Bununla belə, qloballaşma kontekstində iqlim dəyişikliyi məsələləri xüsusi birgə diqqət tələb edir – onlar orta temperaturun Yer kürəsinin hər hansı digər regionu ilə müqayisədə daha sürətlə yüksəldiyi Mərkəzi Asiya üçün ciddi təhlükə yaradır”, - o bildirib.

S.Japarovun sözlərinə görə, regionun, o cümlədən Qırğızıstanın dağ ekosistemləri iqlim dəyişikliyinə daha həssasdır. Məsələn, son 70 ildə ölkədə buzlaqların sahəsi 16 faiz azalıb və əsrin sonuna qədər ölkə onların 80 faizdən çoxunu itirə bilər ki, bu da bütün dünyada su qıtlığına səbəb ola bilər.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et