Türkiyə Təbiəti Qoruma Dərnəyinin (TTKD) Elmi müşaviri Dr.Erol Kesici Türkiyədəki 240 göldən 186-nın son 60 ildə tamamilə quruduğunu, qalanlarının isə quraqlıq və həddindən artıq çirklənmə təhlükəsi ilə üz-üzə qaldığını bildirib.
“Türkiyədə barmaqla işarə edə biləcəyimiz bir dənə də olsun gölümüz yoxdur.”
Suinfo.az xəbər verir ki, TTKD-nin Elmi Məsləhətçisi Dr. Erol Kesici Türkiyədə göllərin yaşadığı problemlərə diqqət çəkmək məqsədilə sentyabrın 17-də İstanbulda “Göllərimiz Qurumasın, Bir Damla da Sizin Olun” adlı toplantı keçiriləcəyini açıqlayıb.
Türkiyədəki göllərin demək olar ki, hamısının ağır vəziyyətdə olduğunu söyləyən Dr. Erol Kesici, “Problemləri kifayət qədər ciddidir. Su səviyyəsi, səth sahələri, çirklənmə, oksigen çatışmazlığı, su hövzələri demək olar ki, tükəniblər. Təəssüflər olsun ki, milyonlarla il əvvəl yaranmış təbii göllərimizin bir çoxu son 60 ildə və xüsusən də son illərdə əsas problemləri təxirə salındığı üçün həddindən artıq quruyub. Bu baxımdan ölkəmizdəki 240-a yaxın irili-xırdalı gölün demək olar ki, 186-sı quruyub, qalanları isə göl statusunu tamamilə itirib. Yalnız bir neçə gölümüz duzluluğuna və regional yerləşməsinə görə quraqlıqla mübarizə aparmaq iqtidarındadır” deyə bildirib.